Suriyadakı Palmira muzeyinin direktoru Valid əl-Əsəd İŞİD-in əlindən möcüzə nəticəsində qaçaraq qurtulub. Bu barədə Baki-xeber.com "kommersant.ru” saytına istinadən xəbər verir. Yerli KİV-ə müsahibəsində o, İŞİD-ın atasını qətlə yetirməsindən sonra şəhərdən qaçmağa məcbur olduğunu deyib. Təəssüflə bildirib ki, terrorçular Palmira ərazisində artıq bir neçə obyekti məhv edib. "The Times”a müsahibəsində əl- Əsəd deyib ki, terrorçuların Palmiraya gəlişindən sonra o və atası – məşhur arxeoloq-alim, 50 il Palmira Muzeyinə rəhbərlik etmiş Xalid əl-Əsəd onları inandırmağa çalışıb ki, burada nə qızıl, nə də ləl-cəvahirat var. "Onlar tez-tez bizim evə gəlir, silahla təhdid edərək Palmiranın qızıllarının yerini soruşurdular. Onları ancaq qızıl taclar, üzüklər, boyunbağılar maraqlandırırdı”. Bundan sonra Xalid əl-əƏsədi növbəti dəfə sorğu-suala aparırlar, 27 gün ondan xəbər alınmır. Sonradan terrorçular onu şpionajda suçladıqlarını və öldürdüklərini bəyan edirlər. Bundan sonra Valid əl-Əsəd ailəsini də götürüb buradan qaçmağa qərar verir. 6 sutka yalnız gecələr İŞİD blokpostlarından yayınaraq səhrada yol gedirlər, nəhayət Homsa yetişə bilirlər. Gəlişindən bir gün sonra isə Muzey direktoru üzücü xəbəri alır – terrorçular Baalşamin məbədini partladıblar. Bununla onlar, guya bütpərəstliyin kökünü kəsmək istədiklərini elan ediblər.
Eramızın I əsrində tikilmiş məbəd YUNESKO-nun mədəni irs siyahısına daxil idi. Bunun ardınca isə "xəzinə ovçusu” terrorçular Muzeyin daha bir tikilisini yerlə bir etdi.