Azərbaycan ordusunun Ermənistan silahlı bölmələrinin setnyabrın 1-i axşam saatlarında cəbhə xəttində atəşkəs rejimini pozmasına cavab olaraq açdığı atəş nəticəsində iki düşmən hərbçisi yaralanıb. Lent.az-ın verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan "NEWS.am”a açıqlamasında Ermənistanın Tavuş rayonu, Ayqepar və Çinari kəndləri yaxınlığında yaralananların həqiqi hərbi xidmət çəkən 1996-cı il təvəllüdlü Vladimir Aramoviç Qevorkyan və 1993-cü il təvəllüdlü Qor Ambartsumoviç Qevorkyan olduğunu bildirib.