Almaniya Misirə firon Tutanxamonun zədələnmiş qızıl maskasının bərpasında kömək edəcəyini açıqlayıb. Bu barədə baki-xeber.com Life News-a istinadən bildirir. Misirin qədim mədəniyyətlər naziri Məmduh əl-Damati bildirib ki, "qədim mədəniyyətlərin qorunması layihəsi çərçivəsində bərpa işlərinə AFR 50 min avro ayırmağa hazırdır. Sivilizasiya mədəniyyətinin simvollarından sayılan obyektin restavrasiya məsələsi ötən il Qahirə muzeyində yaşanan qalmaqalın ardından gündəmə gəlib. Belə ki, ötən ilin avqustunda həmin obyekti əvvəlcə elektriklər üzərindəki işıqlandırmanı dəyişərkən zədələyib. Onlar işığı düzəltmək işini uğurla başa vursalar da, artefaktı yerinə qoyarkən əllədindən düşürüblər. Nəticədə Tutanxamonun ilanşəkilli saqqalı qopub. Bundan sonra qızıl maskanın saqqalını... epoksid yapışqanı ilə yerinə bərkidiblər. Bu isə maskanın orijinallığına ciddi xələl gətirib.