Avroittifaq bir sıra Rusiya və Ukrayna hüquqi və fiziki şəxsləri barəsində tətbiq etdiyi sanksiyaların müddətini daha yarım il müddətinə uzatmağı düşünür. Bu barədə The Wall Street Journal özünün diplomatik mənbələrinə istinadən bildirib. Qəzetin xəbərinə görə, bununla bağlı iclas sabah – 2 sentyabr tarixində keçiriləcək. Nəşrdə o da bildirilir ki, müsbət qərar qəbul olunarsa, məhdudiyyətlər 15 mart 2016-cı ol tarixə kimi qüvvədə olacaq.Sanksiyaların uzadılması ”Minsk Razılaşması üzrə atəşkəsə tam əməl edilməsi üçün Moskva üzərində təzyiqi saxlamağın vacibliyi” ilə izah olunur.
Qeyd edək ki, sözügedən sanksiyaların müddəti bu günlərdə bitir.
Baki-xeber.com