İbrahim Tatlıses parlament seçkilərinə qatılacaq. Şanlıurfadan millət vəkili seçilmək niyyətini açıqlayan məşhur müğənni bu məqsədlə artıq vəkilini məmləkətinə göndərib. Baki-xeber.com "Sözcü” qəzetinə istinadən xəbər verir ki, Tatlısəs 1 noyabr seçkilərinə AKP-dən namizəd olaraq qatılacaq. Vəkili Ahmet Türkmən artıq müğənninin namizədlik dosyesini Mərkəzi seçki komissiyasına təqdim etdiyini deyib. "İbrahim bəyin istəyilə bu gün AKP-dən namizədlik müraciətini etdik. Özü isə bu günlərdə Şanlıurfaya gələrək seçki çalışmalarına başlayacaq”- deyə çıxışda vəkil media mənsublarına bildirib.
Qeyd edək ki, bir qədər əvvəl İbrahim Tatlısəs sosial şəbəkələrdə pərəstişkarlarına "Məni harda görmək istəsəniz mən orda olaram”- deyib.