Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi, həmyerlisi Pərviz Hadıyevə məxsus "Priora” və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi "MAN” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. P.Hadıyev 14-cü PB-yə ərizə ilə müraciət edərək "Priora” markalı avtomobilinin qaçırıldığını bildirib.