Peşmərgənin xəbərinə görə, İŞİD-çilər Mosulun şimalındakı İraq Kürdüstanı döyüşçülərinə naməlum kimyəvi tərkibli raketlərdən atəş açıb. Nəticədə bir kürd zəhərlənib və həkim nəzarətinə alınıb. Bundan bir qədər əvvəl İŞİD-in kimyəvi silahdan istifadə etməsilə bağlı Suriya mətbuatı yazmışdı. SANA agentliyi bildirmişdi ki, terrorçular Mari şəhərinin rayonlarını tərkibində toksiki maddələr olan snaryadlardan atəşə tutur. Nəticədə bir neçə nəfər sakində boğulma halı müşahidə olunmuşdu.
Bir gün əvvəl İŞİD-lə mübarizə qərargahının rəhbəri Kevin Killea bildirib ki, ABŞ İraqda kimyəvi silah tətbiqi ilə bağlı sübutlar əldə edib. Belə ki, terrorçuların atdığı minalardan ətrafa saçılan hissəciklərin laborator analizi onun tərkibində zəhərli iprit – xardal qazının olduğunu təsdiqləyib.