Moskva ümid edir ki, Azərbaycan Russia Arms Expo-2015 sərgisində iştirak edəcək. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə dünən Azərbaycanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
"Ümid edirik ki, bizim azərbaycanlı dostlarımız Sverdlovskda baş tutacaq hərbi-texniki məhsullar sərgimizdə iştirak edəcəklər. Azərbaycan nümayəndələrinə artıq müvafiq dəvət göndərilib”- deyə rusiyalı nazir bildirib. RF XİN başçısı, həmçinin, Azərbaycan tərəfinə avqust ayında Xəzər flotiliyasının 3 gəmisinin Bakıda qarşılanmasını yüksək səviyyədə təşkil etdiiyinə görə təşəkkür edib.
Qeyd edək ki, Russia Arms Expo-2015 sərgisi Nijni Tagildə 9-12 sentyabr tarixlərində keçiriləcək.