Cümə axşamı günü, 05 noyabr 2026
     

Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar hesabat...

Image


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb.

Komissiyadan APA-ya verilən məlumata görə, hesabatda qeyd olunub ki, 2015-ci ilin 6 ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bir neçə görüş keçirilib, müzakirələr aparılıb. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, itkin düşmüş şəxslərin ailələrindən DNT nümunələrinin toplanması ilə bağlı nəzərdə tutulmuş işlərin reallaşdırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir-girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar davam etdirilib.

Qeyd olunub ki, 2014-cü il oktyabr ayının 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa prezidenti Fransua Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması ilə bağlı əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə 4 mart 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Deniz Duranla Dövlət Komissiyasının katibinin görüşü olub. Görüşdə bu sahədə vəziyyəti ətraflı təhlil etmək, hansı məlumatların mübadilə edilməsi imkanlarının araşdırılması və ümumiyyətlə, bu sahədə işləri inkişaf etdirmək üçün hər iki qurumun əməkdaşlarının (hər qurumdan bir nəfər olmaqla) müntəzəm texniki görüşlər keçirməsi və müzakirələr aparması barədə razılıq əldə olunub.

Texniki görüşlərin keçirilməsi ilə bağlı 4 mart 2015-ci il tarixdə əldə olunmuş razılığa uyğun olaraq, 4 iyun 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin itkin düşmüş şəxslər və axtarış işləri üzrə regional nümayəndəsi ilə Dövlət Komissiyasının İşçi qrupunda ilk görüş keçirilib. Görüşdə 13-16 iyun 1993-cü il tarixdə Ağdam rayonu, Qalayçılar kəndi və ətraf ərazilərdə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı hər iki qurumda olan siyahı və məlumatlar ətraflı təhlil edilib.

Görüşün nəticəsi olaraq qarşı tərəfə təqdim edilməsi üçün 41 nəfərin adı keçən siyahı, eyni zamanda əsir götürülmüş, qeyri-insani saxlanma şəraitinə və davranışa görə, 1994-cü ilin fevral ayında Şuşa türməsində ölərək yaxınlıqdakı qəbiristanlıqda dəfn edilmiş 2 nəfər barədə şahid ifadələri və digər zəruri məlumatlar BQXK-ya göndərilib.


15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-ya təqdim edilib

Hesabatda qeyd olunub ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin (bukkal) toplanması işi davam etdirilib.

Hesabatda bildirilir ki, bu işə aprel ayından start verilib və BQXK mütəxəssislərinin təlim-kurs keçdiyi hər iki qurumun əməkdaşları tərəfindən hazırkı vaxta qədər 715 donordan (244 ailə) nümunələr götürülüb. Nümunələrin götürülməsi məqsədilə həmçinin mobil qruplar da təşkil edilib. Bu qruplar nümunələrin götürüldüyü müəssisəyə gəlmək imkanı olmayan şəxslərin evlərinə gedərək prosesi orada həyata keçirirlər.

2011-ci ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış «AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər davam etdirilib. Cari ilin 6 ayı ərzində 200 nəfər barədə anket Komissiyaya təhvil verilib. Onlardan 170 nəfər barədə məlumat bazaya əlavə olunub. Prosesin əvvəlindən keçən müddət ərzində isə 2178 nəfər barədə anket Komissiyaya təhvil verilib. Onlardan 2138 nəfəri barədə məlumatlar bazaya yüklənib. Bundan başqa, Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Dövlət Komissiyasının İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə göndərilib. Bundan başqa, axtarış işi müxtəlif səbəblərə görə, BQXK-da bağlanmış 27 nəfərlə bağlı bu qurumdan göndərilmiş material həmin şəxslərlə bağlı Komissiyada olan məlumatlarla tutuşdurularaq ətraflı təhlil edilib və araşdırmanın nəticəsi ilə bağlı geniş arayış tərtib edilərək işə əlavə edilib.


İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərlə bağlı yeni məlumatlar

Hesabatda qeyd olunub ki, bu ilin 6 ayı ərzində aparılmış araşdırma zamanı 9 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb.

Hesabatda bildirilir ki, bu müddətdə 15 itkinin taleyi müəyyənləşdirilib. Onların adının siyahıdan çıxarılması üçün Komissiya sədrinə məruzə edilməsi nəzərdə tutulur. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Bundan başqa, aparılmış axtarış və araşdırma tədbirləri nəticəsində 6 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terror-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüb. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 1434 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 65 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov aparılması ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş və əsir-girovluqdan azad edilmiş 30 şəxslə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 147 nəfər barədə 173 sorğu göndərilib. 157 itkin barədə toplanmış əlavə məlumatlar aidiyyəti üzrə bazaya, 518 nəfər barədə toplanmış materiallar onların «axtarış-araşdırma iş»lərinə əlavə olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ