Dünən gecə saatlarında diyarbəkirin Qulp və licə qəsəbələri arasında yoldan keçzn minik avtomobili PKK-çıların silahlı hücumuna məruz qalıb. Bu barədə baki-xeber.com habertürk-ə istinadən bildirir. Qeyd olunan istiqamətdə yolu kəsən terrorçular yoldan keçən avtomobili durdurmaq istəyib. Sürücü saxlamayıb yoluna davam etdikdə işə maşının arxasınca atəş açıblar. Nəticədə maşında olan doktor Abdullah Biroğul həyatını itirib. Qulp qəsəbəsi sağlamlıq mərkəzinin baş həkimi olduğu bildirilən mərhumun əraziyə öz maşını ilə gəldiyi, PKK-çıları görüncə qaçmaq istədiyi, lakin terrorçuların hədəfindən yayına bilməyərək həyatını itirdiyi bildirilir.