Diyarbəkirin Egil qəsəbəsi yaxınlığında quyulardan çıxan xam nefti Pirinclik kəndi yaxınlığında TPAO təsislərinə nəql edən 40 kilometrlik boru xəttinə bombalı hücum olub. Baki-xeber.com-un Habertürk-ə istinadən xəbərinə görə, nəticədə 600 barrel neft ətrafa axıb. Partlayışın ardınca çıxan yanğını qısa müddətdə lokallaşdırmaq mümkün olub. Nəqli dayandırılan kəmərdə təmir işlərinə başlanıb. Faktla bağlı araşdırma aparılır.