Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına MDB ölkələrində dollardan imtinanı nəzərdə tutan qanun layihəsi təqdim edib. Bu barədə baki-xeber.com Vesti.ru saytına istinadən bildirir. Layihə postsovet ölkələri arasında vahid maliyyə bazarının yaradılmasını nəzərdə tutur. Rusiya prezidentinin saytında bu barədə verilən məlumata görə, MDB ölkələri arasında vahid maliyyə bazarının təşkili ilə bağlı Razılaşma imzalanarsa, "dollar və avrodan imtinanın mexanizmi yaradılacaq”.
Saytda eyni zamanda bildirilir ki, nəticədə milli valyutalar əhəmiyyətli dərəcədə inkişaf üçün bazar əldə etmiş olacaq. Bu həm də MDB ölkələri arasında inteqrasiya prosesinin dərinləşməsinə səbəb olacaq yenilik kimi qiymətləndirilir.