Göygöl rayonunda qardaş qardaşı bıçaqlayıb. "Report" xəbər verir ki, rayon sakini Tamerlan Rzayev qardaşı - 50 yaşlı Nemət Rzayevi bıçaqlayıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Hadisəni törədən şəxs Göygöl Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.