Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb. Baki-xeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir. Xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batdığına dair məlumat daxil olub. Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanıb. Batan şəxsin kimliyi barədə hər hansı xəbər yoxdur.