Rusiya Xarici İşlər Nazirliyi Estoniya rəhbərliyinin Rusiya sərhədinə hasar çəkmə planını siyasi qərar hesab edir və bu qərarın hüquqi əsası olmadığını bildirib. Baki-xeber.com "Kommersamt” qəzetinə istinadən bu barədə bildirir. "Hüquqi cəhətdən nəzərə almaq lazımdır ki, ölkələr arasında hər iki tərəfin ratifikasiya etdiyi və qüvvəyə minmiş sərhəd müqaviləsi var, bu səbəbdən bu barədə birtərəfli qaydada hansısa qərarın qəbul edilməsi hüquqi əsaslara söykənə bilməz”- deyə qəzet Rusiya XİN sözçüsündən sitat gətirir.
Qeyd edək ki, daha əvvəl Estoniyanın polis və sərhəd təhlükəsizliyi departamenti baş verə biləcək hər hansı pozuculuğun qarşısını almaq məqsədilə ölkəsinin RF ilə sərhədində 2,5 metr hündürlüyündə və 108 kilometr uzunluğunda hasar çəkməyi planlaidırdığını açıqlamışdı.