Dövlət Departamenti Hillari Klintonun dövlət katibi işlədiyi dövrdə elektron yazışmalarının məzmununu açıqlayıb. Onlardan yalnız 150-si məxfi xarakter daşıyır və hazırda yenidən məzmunu geniş ictimaiyyətə qapadılıb. Ötən gün brifinqdə Departamentin nümayəndəsi Mark Toner bildirib ki, məktublar yazılan dövrdə o informasiyalar məxfi xarakter daşımayıb və Amerika diplomatiyasına aid olub.
Xanım Klintonla bağlı məktub qalmaqalı onun ABŞ prezidentliyinə iddia etməsi məsələsi ortaya çıxandan sonra gündəmə gəlib. Bəlli olub ki, Dövlət Departamentinin katibi işlədiyi 2009-2013-cü illərdə o, dövlət əhəmiyyətli yazışmalarını öz şəxsi elektron adresi vasitəsilə aparıb ki, bununla da dövlət sirri daşıya biləcək informasiyaları açılma risqi qarşısında qoyub.
Departament nümayəndəsi onu da bildirib ki, bu günlərdə açıqlanan məktublar həmin yazışmaların 25 faizini təşkil edir.