Qara dəniz akvatoriyasında - Ukraynanın Odessa və Nikolayevsk vilayətlərində Sea Breeze-2015 hərbi təlimlərinə başlanıb. Baki-xeber.com-un RİA "Novisti”yə istinadəm xəbərinə görə, təlimlərin yerüstü fazasına bu gün start verilib. Lakin təlimlərin rəsmi hissəsi həftənin ikinci gününə - 1 sentyabr tarixinə planlaşdırılıb. Sea Breeze-2015 12 sentyabra kimi davam edəcək. Təlimlərdə ABŞ, Ukrayna, eyni zamanda NATO ölkələri – Britaniya, Almaniya, İtaliya, Yunanıstan, Türkiyə, Rumıniya, Bolqarıstanla yanaşı, "Sülh Naminə Tərəfdaşlıq” alyansının üzvləri İsveşrə və Moldovadan 2,5 min hərbçi iştirak edəcək.