Suriya ordusu İŞİD döyüşçülərini İdlib əyaləti yaxınlığındakı yüksəkliklərə buraxmayıb. Bu barədə baki-xeber.com LifeNews-a istinadən xəbər verir. Çox maraqlı detala toxunulan xəbərdə bildirilir ki, İŞİD sıralarında döyüşənlər arasında coğrafi bölgü aparılıb. Yəni Palmira ərazisi kimi düzənlik yerlərdə aparılan döyüşlərdə əsasən səudilər və qətərlilər vuruşursa, dağlıq ərazilərdə döyüşmək üçün Qafqazdan gələnlərə üstünlük verilir. Bu sırada Çeçenistan müharibəsində Rusiyaya qarşı döyüşən çeçenlər xüsusilə seçilir.