Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalını məhkəməyə verib. Bu barədə baki-xeber.com "Habertürk”ə istinadən bildirir. Xəbərdə bildirilir ki, MHP lideri keçirdiyi 10 mitinqdə "insan haqlarına təcavüz mövzusunda gerçəkdən uzaq, haqsız və hüquqazidd bəyanatlar verməsi” səbəbilə vurduğu mənəvi ziyanın qarşılığı olaraq 100 min lirə təzminat ödəməlidir. Prezidentin vəkilləri Fatih Şahin, Müəmmər Cemaloğlu və Bürhanəddin Sevencan tərəfindən tərtib olunan ərizədə Baxçalının 6 may – 3 iyun tarixləri arasında təşkil etdiyi 10 mitinqdə çıxışlarında Ərdoğani suçlayan və təhqir edən ifadələrə yol verdiyi, həmçinin, müvəkkillərinin dini dəyərlərinə ağir sözlərlə hörmətsizlik etdiyi göstərilib.