Diyarbəkirdə 3 ingilis jurnalisti göz altına alınıb. Baki-xeber.com-un "Habertürk”ə istinadən xəbərinə görə, onlar barəsində həbs qərarı çıxarılıb. İngilis media mənsubları akkreditasiyadan keçmədən yad ölkədə jurnalist fəaliyyətilə məşğul olmaqda və "İslam dövləti” terrorçu qruplaşmasını dəstəkləməkdə təqsirli bilinir.