Rusiyalı iş adamı Qerman Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb. APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.
"Qerman Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib. Onun sözlərinə görə, çox güman ki, Q.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.
Daha sonra kommersant.ru saytı Sterliqovun tutulması ilə bağlı xəbəri təkzib edib. "İnterfaksXa istinad edən nəşrin xəbərinə görə, biznesmen "bəzi məsələlərə aydınliq gətirilməsi” məqsədilə saxlanıb və bundan sonra sərbəst buraxılacaq. Agentliyə danışan mənbə Sterliqovun adının axtarışda olanlar siyahısına daxil edilməsi səbəbindən saxlandığını, bir sıra sualları cavablandırdıqdan sonra istədiyi istiqamətə gedə biləcəyini deyib.