Polşanın mədəniyyət naziri ötən həftə sonu sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, Üçüncü Reyxin xəzinə dolu qatarı hazırda mövcuddur və təhlükəsiz yerdədir. Bu barədə baki-xeber.com "Euronews”a istinadən bildirir. Bundan əvvəl bildirilib ki, sözügedən qatarın 1945-ci ildə Valbjixa yaxınlığında Ksenj malikanəsinin altından keçən tuneldə gizlədildiyi ehtimal olunur. Yerlı insanların danışdığı rəvayətə görə, qızıl yüklü zirehli qatarı nasistlər sovet ordusu buraya yaxınlaşarkən Breslaudan çıxarıblar. Guya ki, qatar malikanənin yaxınlığında tunelə girərək yoxa çıxıb.
"Bildiyim qədər, İkinci Dünya Müharibəsindən keçən müddət ərzində bu qatara əli çatan olmayıb. Onu gizlədənlərdən biri vəfat edərkən qatarın olduğu yer barədə xəbər verib”- deyə polşalı nazir Pyotr Jukovski bildirib.
Məsələ burasındadır ki, Üçüncü Reyxin hakimiyyəti dövründə sözügedən malikanəni onun həqiqi sahiblərinin əlindən alaraq Alman imperiyası dəmir yollarının mənzil-qərargahı ediblər. Daha sonra isə malikanənin altında iki tunel qazaraq pilləkən və lift tikiblər. Müharibədən sonra əfsanələr dolaşmağa başlayıb ki, tərk etdikləri zaman bura qayıdacaqlarına əmin olan almanlar yeraltı tuneldə külçə qızılla dolu qatar gizlədiblər... Polşanın nazir müavini deyir ki, öncə deyilənlərə skeptik yanaşıblar. Lakin onun sözlərinə görə, qatar deyildiyi kimi zirehlidirsə, bu artıq deyilənlərdə həqiqət payının çox olduğunu düşünməyə əsas verir. Hazırda uzunluğu 100 metr təşkil edən qatarda, qizildan əlavə, qiymətli incəsənət əsərlərinin, arxiv sənədlərinin və digər bu kimi dəyərli yükün olduğu ehtimal edilir. Maraqlıdır ki, almanlar geri çəkilərkən tunelin girişini partlatdıqlarından, qatarın olduğu barədə hələlik ehtimal səviyyəsində danışılır. Bununla belə, bir çox ölkələr artıq ordan pay ummaq fikrinə düşüb. Məsələn, yəhudilər buradakı qiymətli əşyaların böyük hissəsinin onlara məxsus olduğu iddiası ilə çıxış edirlər ki, əslində bu iddiada həqiqət payı yox deyil. Çünki məhz İkinci Dünya Müharibəsi dönəmində bu xalqın almanların soyqırımına məruz qaldığı hər kəsə bəllidir. Maraqlısı odur ki, "xəzinə ovu”na çıxanlar bu qatarın yükünə ən son iddia edənin Rusiya ola biləcəyi fikrindədir. Rusiya hələlik rəsmi şəkildə iddia ortaya qoymasa da, hüquqşünaslar xəzinənin antifaşist koalisiyası ölkələri arasında bərabər bölünməli olduğunu bildirir. Buna qədər isə qatarın gizlədildiyi yerə gedib çıxmaq lazımdır...
Məsələ burasındadır ki, Üçüncü Reyxin hakimiyyəti dövründə sözügedən malikanəni onun həqiqi sahiblərinin əlindən alaraq Alman imperiyası dəmir yollarının mənzil-qərargahı ediblər. Daha sonra isə malikanənin altında iki tunel qazaraq pilləkən və lift tikiblər. Müharibədən sonra əfsanələr dolaşmağa başlayıb ki, tərk etdikləri zaman bura qayıdacaqlarına əmin olan almanlar yeraltı tuneldə külçə qızılla dolu qatar gizlədiblər...
Polşanın nazir müavini deyir ki, öncə deyilənlərə skeptik yanaşıblar. Lakin onun sözlərinə görə, qatar deyildiyi kimi zirehlidirsə, bu artıq deyilənlərdə həqiqət payının çox olduğunu düşünməyə əsas verir. Hazırda uzunluğu 100 metr təşkil edən qatarda, qizildan əlavə, qiymətli incəsənət əsərlərinin, arxiv sənədlərinin və digər bu kimi dəyərli yükün olduğu ehtimal edilir. Maraqlıdır ki, almanlar geri çəkilərkən tunelin girişini partlatdıqlarından, qatarın olduğu barədə hələlik ehtimal səviyyəsində danışılır. Bununla belə, bir çox ölkələr artıq ordan pay ummaq fikrinə düşüb. Məsələn, yəhudilər buradakı qiymətli əşyaların böyük hissəsinin onlara məxsus olduğu iddiası ilə çıxış edirlər ki, əslində bu iddiada həqiqət payı yox deyil. Çünki məhz İkinci Dünya Müharibəsi dönəmində bu xalqın almanların soyqırımına məruz qaldığı hər kəsə bəllidir.
Maraqlısı odur ki, "xəzinə ovu”na çıxanlar bu qatarın yükünə ən son iddia edənin Rusiya ola biləcəyi fikrindədir. Rusiya hələlik rəsmi şəkildə iddia ortaya qoymasa da, hüquqşünaslar xəzinənin antifaşist koalisiyası ölkələri arasında bərabər bölünməli olduğunu bildirir. Buna qədər isə qatarın gizlədildiyi yerə gedib çıxmaq lazımdır...