Bakı-xeber.com Habertürkə istinadən bildirir ki, dünən gecə saatlarında Taşlıçay-Ağrı yolunu Balıksu ərazisində kəsən PKK-çılar yoldan ötən bir yük maşınını saxlayıb. Sürücünü aşağı endirən terrorçular maşına od vurub. Sürücünü isə sonradan sərbəst buraxıblar.
Terrorçuların tutulması istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlayıb.