Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğundan "Trend”ə verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq-əməliyyat işləri aparılır.