Avropa ölkələri terrorçu "İslam dövləti”nin Suriya və İraqdakı mövqelərinə aviazərbələr endirilməsi üçün qüvvələrini birləşdirməlidir. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu bəyanatla Avstraliya xarici siyasət idarəsinin başçısı Culi Bişop çıxış edib. "Australian” qəzetinə müsahibəsində xanım nazir bildirib ki, Suriya, İraq, İordaniya, Livanla həmsərhəd dövlətlərin üzərinə milyonlarla insanın qaçmaq üçün ərazisindən istifadə etdiyi ölkələr kimi müəyyən məsuliyyət düşür O üzdən avropalılar Suriya və İraqda aparılan antiterror əməliyyatları aparan koalisiyada iştiraka cəlb olunmalıdır.
Qeyd edək ki, Avstraliya hələ mart ayında ABŞ-ın anti-İŞİD koalisiyasında iştirak təklifinə müsbət cavab vermiş, baş nazit Toni Ebbot bu məqsədlə 300 nəfər hərbçinin təlim keçmək üçün İraqa göndərildiyini açıqlamışdı. Ötən il isə Avstraliya İraqa 600 hərbçi göndərib ki, onlardan 400 nəfəri hərbi aviasiya, 200 nəfəri isə xüsusi təyinatlıdır.