"İslam dövləti” terrorçu qruplaşması bir ay öncə nəzarətini ələ keçirdiyi antik Palmira şəhərində daha bir vəhşilik törədib. Bu barədə baki-xeber.com Associated Press agentliyinə istinadən xəbər verir. Belə ki, ərazisində törədilən partlayış nəticəsində şəhərin ikinci böyük abidəsi Bela məbədi dağıntilara məruz qalıb. Bela məbədi qədim şəhərin müqəddəs ocaqlarından biri sayılırdı.
Palmira Suriyada UNESCO-nun qeyri-maddi irs siyahısında olan sayca 6-cı abidəsidir. Qədim şəhər mayın ortalarında terrorçu qrupun əlinə keçib. Bundan əvvəl Suriya ordusu əhalini və muzeyin qiymətli eksponatlarını buradan çıxara bilib. Şəhərin qədim abidələri isə terrorçuların əlində dağıntılara məruz qalma ehtimalı ilə hər an üz-üzədir.
Bildirildiyinə görə, Palmirada hazırda 1,5-2 min terrorçu yerləşib. Bundan əvvəl terrorçular Baalşamin məbədini dağıtmış, şəhərin nəzarətçisi - 82 yaşlı arxitektor-alim Xalid Əsədi isə vəhşicəsinə qətlə yetirmişdilər.
UNESCO qədim məbədin dağıdılmasını hərbi cinayət adlandırıb.