Nigeriyanın xüsusi xidmət orqanları "Boko Haram” qruplaşmasının ehtimal olunan 20 liderinin tutulması fonunda bu qruplaşma ilə mübarizədə əhəmiyyətli irəliləyişə nail olunduğunu bildirib. Bu barədə baki-xeber.com "Reyter”ə istinadən bildirir. Qeyd olunur ki, onların hər biri ölkə ərazisində törədilən teraktlara rəhbərlik edib. Ölkənin təhlükəsizlik orqanlarının xəbərinə görə, qruplaşmanın lider mövqeyi tutan 20 komandiri 8 iyul-25 avqust tarixləri arası Laqos, Kano, Plato, Enuqu və Hombe ştatlarında ələ keçirilib. O da xəbər verilir ki, həbs olunanlar arasında Usman Şuaybu adlı lider bir neçə iri terror aktı törətmiş 9 nəfərlik qrupun başçısı olduğunu etiraf edib.
Qeyd edək ki, Nigeriyada aktiv fəaliyyətdə olan "Boko Haram” qruplaşması ölkədə Qərb dəyərlərinə qarşı çıxır və şəriət dövlətinin qurulması niyyətilə ölkə boyu terror aktları törədir.