Türkiyənin təhlükəsizlik orqanlarının əməkdaşları PKK-çılara yardım aparan avtomobili saxlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Sarıkamışdan Boyalı kəndi yaxınlığındakı PKK qərargahına yardım apardığı xəbərini aldığı bir avtomobili saxlayan təhlükəsizlik gücləri apardıqları araşdırma nəticəsində avtomobildə generator, şam, benzin, bomba istehsalında istifadə olunan batareya, dərman, corab, xeyli çeşiddə qida maddələri və digər bu kimi vasitələr aşkarlayıb. Həmin vasitələr müsadirə olunmaqla onları müşayiət edən şəxslər göz altına alınıb.
Göz altına alınan şəxslərin sorğusu davam edir.