Ağrının Alpaslan, Qurtuluş və Fırat məhəllələri ilə mərkəzə bağlı Karasu kəndində həyata keçirilən əməliyyatlarda aralarında HDP Mərkəz İlçe özək başçısı Sadiq Taşçı və MERA DER Ağrı İl nümayəndəsi Adəm Aydınoğlunun da olduğu 8 nəfər nəzarətə alınıb. Onların yaşayış yerinə baxış zamanı ələ keçirilən vəsaitlər açıqlanıb.
Mövzu ilə əlaqədar Ağrı valiliyindən verilən yazılı şərhdə, "29 Avqust 2015 tarixində Ağrı il Mərkəzində terror təşkilatı PKK-nın həyata keçirdiyi əməliyyatlarda 8 şəxs nəzarətə alınıb. Onların yaşayış yerinə baxış zamanı oradan 1 ədəd tapança, tapançaya aid 50 ədəd güllə, 1 ədəd tüfəngdən kəsilmiş tapança, 12 ədəd təbliğati jurnal, 12 ədəd kitab və təşkilati sənəd ələ keçirilib"- deyə bildirilir.