Baki-xeber.com "Report"a istinadən xəbər verir ki, rayonun Şıxarx və Həsənqaya kəndləri istiqamətindəki istifadəsiz torpaq sahələrində zərərvericilərin artımı müşahidə olunur.
Hazırda ziyanvericiləri ən çox qanqal basmış sahələrdə görmək olar. Yerli sakinlərin sözlərinə görə, sürətlə çoxalan bu ziyanvericilər yaşıl bitki növləri ilə yanaşı, peyin və digər müxtəlif tullantılarla da qidalana bilir. Onların fəallığı günəş şüalarının yayılmasından asılıdır. Günəş şüaları istiqamətində hərəkət edən ziyanvericilər orta hesabla günün birinci yarısında 3 km. uzunluğunda yaşıllıq örtüyünü məhv edə bilir. Günün ikinci yarısında isə sabaha hazırlıq məqsədilə 1 km geri qayıdırlar.