Diyarbəkirdə partlayış nəticəsində çörək almağa gedən 12 yaşlı uşaq həlak olub. Diyarbəkir Valiliyinin olayla bağlı yaydığı açıqlamada deyilir:”Bazar günü səhər saat 10:00 radələrində Diyarbəkirin Silvan rayonunda Baraj bölgəsinin təhlükəsizliyinə cavabdeh jandarma mənsubları ərazini tərk etdikdən sonra terrorçuların daşların arasında yerləşdirdiyi əldəqayırma partlayıcının işə düşməsilə çörək almağa gedən 12 yaşlı Mehmet Emin Sinpil həyatını itirib, bir nəfər isə yaralanıb. Hadisəni törədən şəxs və ya şəxslərin axtarılması istiqamətində əməliyyata başlanıb”.