"Ceyş əl-Fəth” terrorçu qruplaşması bazar gününə keçən gecə İdlib əyalətinin Fua və Kefrayə şiə məhəllələrini raket hücumuna məruz qoyub. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Yerli sakinlər hücum zamanı zəhərli xlor qazından istifadə edildiyindən şübhələnir. Bildirilir ki, atışma zamanı ətraf qəribə qoxu yayılıb, lakin boğulma faktı qeydə alınmayıb. Atışma nəticəsində 6 nəfər yaralanıb.