Diyarbəkirin Karapınar bölgəsinin Səlahəddin Eyyubi bulvarı yaxınlığında yol polisi maşınına uzun lüləli silahlarla atəş açılıb. Baki-xeber.com bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Nəticədə iki polis məmuru ağır şəkildə yaralanıb. Yaxınlıqdakı insanların köməyilə xəstəxanaya çatdırılan polislərdən biri – Ahmet Kılıç, həkimlərin səyinə baxmayaraq, həyatını itirib. Digər yaralı polis müalicə altına alınıb. Olay sonrası hadisə yerinə gələn polis qüvvələri təhqiqat işlərinə cəlb olunub. Hadisə şahidləri hücum edənin ağ maşınla hadisə yerindən uzaqlaşdığını, sükan arxasında isə daha birinin əyləşdiyini deyib. Adını açıqlamayan olay şahidi "hücumçu ağ rəngli maşına minərək qaçdı. Yaralılardan birini öz maşınımla xəstəxanaya apardım. Başından və sinəsindən güllə yarası almışdı, vəziyyəti çox ağırdl”- deyə bildirib.
Diyarbəkir Valiliyindən verilən açıqlamada terrorun həyata keçirilməsində istifadə olunan maşın və bir uzun lüləli silahın hadisə yerindən xeyli aralıda atıldığı yerdə tapıldığı bildirilib. Hücum edənlərin tapılması istiqamətində bölgədə genişçaplı əməliyyat başladılıb.