Yunanıstanın Simi adası yaxınlığında AB-Frontex sərhəd mühafizlərilə insan qaçaqçıları arasında atışma düşüb. Almaniyanın "Die Zeit” qəzetinin xəbərinə görə, 3 türk insan taciri tutulub. Katerlərində 70 qaçaq olan insan tacirləri onları durdurmaq istəyən sərhəd mühafizlərinə atəş açıb. Atışmada qaçqınlardan biri - 17 yaşlı gənc həlak olub. Yunanıstanın Sahil Mühafizə Nazirliyindən faktı təsdiqləyiblər. Nazir müavini Kristos Zois olayla bağlı açıqlamasında "Qaçqınlar insan qaçaqçılarının qurbanlarıdır”- deyib. Xəbərdə hər üç insan qaçaqçısının göz altıa alındığı bildirilir.
Baki-xeber.com