"İslam dövləti” terrorçu qruplaşmasının silahlıları İraqın qərbindəki Ənbər vilayətində 200 nəfər dinc sakini oğurlayıb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Şəhər meri Ər-Rütbə İmad Əhmədin şözlərinə görə, oğurlanan şəxslər bir neçə gün öncə terrora qarşı dinc nümayiş keçiriblər. Oğurlanan şəxslərin harada saxlandığı barədə hər hansı xəbər yoxdur.
Bu arada adı çkilməyən mənbə bildirib li, İŞİD Naynava əyalətində məscidi dağıdıb. Eyni zamanda Mosulun mərkəzində yerləşən Haldey kilsəsində və Deva mariya kilsəsindəki şəkillərin də terrorçuların ğağıntısına məruz qaldığı xəbər verilir.