Şırnakın Uludərə bölgəsində yol təhlükəsizliyinə cavabdeh Besta Taboruna dünən axşam saatlarında PKK-çıların hücumu olub. Terrorçuların raketatan və uzunlüləli tüfənglərlə açdığı atəş nəticəsində Tabora su daşıyan tanker yanıb. Taborun atəşə qarşılıq verməsindən sonra PKK-çılar qaçarkən Jandarma Sərhəd bölgəsindən 2 helikopter havaya qaldırılıb. Helikopterlərin havadan mövqelərini bombalaması ilə 2 terrorçu öldürülüb. Bölgədə əməliyyat davam edir.