PKK terror şəbəkəsinin son zamanlar azğınlaşması üzündən Türkiyənin bölgələrindən hər gün həyəcanlı xəbərlər gəlməkdə davam edir. Bu gün belə bir xəbər Tuncelı-Ərzincan bölgəsindən gəlib. Xəbərə görə, Ərzincandan ailəsilə birlikdə şəxsi maşınında Tunceli istiqamətində yola çıxan Türk zabiti PKK-nın yolu bağladığını görüncə geri qayıtmaq istəyib. Bu zaman terrorçuların atəş açması nəticəsində avromobilin şinləri partlayıb. Bu vəziyyətdə isə zabit maşını yalnız 4 kilometr idarə edə bilib. Bundan sonra o, xanimı və uşağını maşının yanında qoyaraq yoldan keçən başqa bir maşınla oradan uzaqlaşıb. PKK-çılar yaxınlıqdakı restorana sığınmış zabit xanımının yanına gəlsələr də, "Bizim səninlə bir işimiz yoxdur, işimiz ərinlədir"- deyərək gediblər. Bundan sonra zabitin ailəsi başqa bir maşınla Tunceliyə göndərilib.