Türkiyənin İzmir bölgəsinin Buca qəsəbəsində qollarına bıçaqla çoxsaylı xəsarət yetirilmiş azərbaycanlının meyiti tapılıb. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu 49 yaşlı azərbaycanlı Şahin Mehdiyevdir. Onun ölümü barədə polisi qonşuları və həyat yoldaşı məlumatlandırıb.
Fakta bağlı araşdırma aparılır.