Tovuz rayonu ərazisində "KamAZ” markalı yük avtomobili ilə "Mercedes” markalı minik avtomobili toqquşub. Bu barədə baki-xeber.com Hövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir. Xəbərdə bildirildiyinə görə, yol-qəza hadisəsi nəticəsində "Mersedes”in sürücüsü və sərnişini hadisə yerində dünyasını dəyişib. FHN yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil verib. Onların kimliyi barədə məlumat yoxdur.