Müxalif İslam İntibahı partiyası İŞİD-lə əlaqədə ittiham olunur. APA-nın "Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Tacikistan daxili işlər nazirliyinin nümayəndəsi bəyan edib. "İslam İntibahı partiyasının üzv və fəalları ekstremist ideyaları təbliğ edir, ölkənin müxtəlif bölgələrində İŞİD-ın qara bayrağını qaldırırlar”, deyə DİN rəsmisi bildirib. Onun sözlərinə görə, adıçəkilən insidentlərlə əlaqədar Şaartuz və Nurek rayonlarında 20 nəfər saxlanıb. "Nurek şəhərinin 14 sakini İnternet vasitəsilə İŞİD-in Yunus adlı tacik mənşəli silahlısı ilə tanış olub və terrorçulara rəğbət nümayiş etdirmək məqsədilə şəhərin mərkəzində qara bayraq asıblar”, deyə DİN rəsmisi əlavə edib.