Yəmənin Taiz şəhərində ölkə başçısı Abdurabbi Mənsur əl-Hadi tərəfdarı Xalq Müqavimət Gücləri ilə devrilmiş lider Saleh tərəfdarları və şiə Ənsarullah (husi) qüvvələri arasında daha bir qarşıdurma yaşanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, dünən baş verən atışmada 26 nəfər ölüb, 32 nəfər isə ağır yaralanıb. Xalq Müqavimət Güclərinə yaxın mənbələrdən alınan bilgiyə görə, Taizdəki şiddətli atışmada 21 husi yaraqlısı, 5 XMG döyüşçüsü həlak olub. Husilərdən 20, HMG-dən 12 nəfər isə yaralanıb.
Uzun müddət siyasi sabitsizliyin hökm sürdüyü Yəməndə husilərin irəliləyişinin qarşısını almaq üçün mart ayında əməliyyat başladılmasına baxmayaraq, husilərin müxtəlif şəhərlərdə dövlət tərəfindən döyüşən qruplarla silahlı toqquşmaları hələ də baş verir.