Elazığ-Tatvan reysilə hərəkət edən yük qatarına Muş əyaləti ərazisində bombalı hücum olub. Olay dünən axşam saatlarında baş verib. Muşun Altınova adlanan ərazisində kimliyi bəlli olmayan şəxslərin 53016 saylı qatara bombalı hücumu nəticəsində 4 vaqon relsdən çıxıb. 3 nəfər təhlükəsizlik əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Muş dövlət xəstəxanasına çatdırılıb.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.