Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Tunceli əyalətindəki üzvü Süleyman Canpolat silahlılar tərəfindən oğurlanıb. Baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, silahlılar Süleyman Canpolatın avtomobilinin qarşısını kəsərək, onu avtomobildən zorla çıxararaq özlərilə naməlum istiqamətə aparıblar.
Faktla bağlı ərazidə əməliyyat başladılıb.