Bərdə rayonunda gənclər arasında kütləvi dava baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Ceyirli kəndi ərazisində qeydə alınıb. Təxminən 15 nəfər gəncin iştirak etdiyi dava nətcəsində 1 nəfər bıçaqlanıb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.
Bıçaq yarası alan Asiman Kamranlı xəstəxanaya çatdırılıb. Onu bıçaqlamaqda şübhəli bilinən Seymur Həsənov adlı şəxs artıq saxlanıb.
Polis faktla bağlı araşdırma aparır.