Türkiyə Hərbi hava Qüvvələri "İslam dövləti” terrorçu təşkilatına qarşı koalisiyanın əməliyyatına qoşulub. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, dünən axşam Türkiyə HHQ terrorçuların Suriyadakı mövqelərinə ilk aviazərbələrini endirib. "Bizim döyüş təyyarələrimiz koalisiya qüvvələrilə birlikdə dünən axşam Suriya ərazisində yerləşməklə bizim də milli təhlükəsizliyimizi təhdid edən İŞİD mövqelərinə qarşı əməliyyata başladı. Terrorizmlə mübarizə Türkiyə üçün birinci dərəcəli hədəfdir və bu mübarizə davam edəcək”- deyə Türkiyə XİN-in açıqlamasında bildirilir.
Qeyd edək ki, Türkiyənin anti-İŞİD koalisiyasında iştirakı ilə bağlı bu ölkə ilə ABŞ arasında razılaşma 24 avqust tarixində imzalanıb. Bundan əvvəl Türkiyə, Suruçdakı terakta cavab olaraq, qrupaşmanın Suriyadakı mövqelərinə aviazərbələr endirmişdi.