"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı deyil”. Bu sözləri rusiyalı politoloq Lavrovun qarşıdakı səfərini RİA "Novosti”yə şərh edərkən deyib. Bundan öncə xəbər verilmişdi ki, Serqey Lavrov 1 sentyabr tarixində Bakıya səfər edərək azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Ekspert güman edir ki, vizit "Azərbaycanla konstruktiv münasibətləri müəyyən səviyyədə saxlamaq” məqsədi daşıyır. Bununla belə, o əmin olduğunu bildirib ki, tərəflər danışıqların gedişində mütləq Dağlıq Qarabağdaki vəziyyəti müzakirə edəcək, lakin "vizit Qarabağ məsələsini həll etməyəcək”. Politoloq ehtimal edir ki, erməni tərəfi Lavrovun Bakı səfəri il bağlı xəbəri bir qədər "emosional” qarşılayıb.
Maredonov agentliyə açıqlamasında Moskva ilə Bakı arasında münasibətləri "praqmatik” kimi qiymətləndirib. "Bu, güzəştli qiymətlərin və hərbi bazaların olduğu Ermənistanla olan münasibətdən tam fərqli bir yanaşmadır. Azərbaycanla Rusiya arasında daha praqmatik, balanslaşdırılmış münasibət var”- deyə politoloq bildirib. O daha sonra "Yəqin çoxları Azərbaycanın Avrasiya ittifaqına qoşula biləcəyini deyəcək. Xeyr, qoşulmayacaq. Azərbaycan kifayət qədər praqmatik və sözün yaxşı mənasında eqoist bir ölkədir”- deyib. Qeyd edib ki, Bakının Qərblə bir çox əlaqələri mövcuddur. Bundan başqa, politoloq konflikt tərəfi iki ölkənin, hipotetik olsa belə, bir taşkilatda birləşməsini mümkünsüz sayıb.
Baki-xeber.com