Suriyanın Homs şəhərinin mərkəzində terror hadisəsi baş verib. Bu barədə baki-xeber.com RİA "Novosti” agentliyinə istinadən xəbər verir. Bildirilir ki, mina qoyulmuş avtomobilin məsafədən partladılması nəticəsində dinc sakinlər həlak olub. Suriya mənbələrindən agentliyə bildirildiyin görə, Zəhra meydanı ərazisində saxta nömrə nişanlı KİA markalı maşına qoyulan bombanın partlaması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Onarın kimliyi və dəyən maddi ziyanın məbləği dəqiqləşdirilir.