İraqın şimalında son bir neçə gündə 7 kənd İŞİD qüvvələrinin əlindən geri alınıb. Bu barədə baki-xeber.com "kommersant.ru”ya istinadən bildirir. Agentiyin xəbərinə görə, peşmərgələr Koalisiya HHQ-nin havadan dəstəyilə İraqın şimalında 200 kvadrat kilometr ərazini terrorçulardan təmizləyib. Koalisiyanın əməliyyat zamanı İŞİD mövqelərinə təyyarə və PUA-lardan 25 aviazərbə endirdiyi xəbər verilir.
Bu arada Respublikaçılar partiyasından ABŞ prezidentliyinə real namizəd, eks prezident Corc Buşun qardaşı Ceb Buş Obama administrasiyasını İraqdan vaxtından əvvəl çıxmaqda suçlayıb. İraq ərazisinin terrorçuların platsdarmına çevrilməsinin məsuiyyətini isə o, eks dövlət katibi Hillari Klintonun üzərinə qoyub. Beləliklə bu söz "atışması” ABŞ-da gələn il baş tutacaq prezident seçkilərindən sonra Amerika kontingentinin İraqa qayıda biləcəyilə bağlı sualları gündəmə daşıyır.