Çad hökuməti radikal islam qruplaşması "Boko Haram”ın 10 üzvü barəsində edam hökmü çıxarıb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Xəbərdə o da bildirilir ki, avqust ayının əvvəlindən 40 minə yaxın insan "Boko Haram”ın hücumları üzündən evini tərk etməli olub. BMT-nin məlumatına görə, qruplaşmanın daha aktiv olduğu Nigeriyada !,; milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Çad ordusu fevralın əvvəlindən Nigeriya və Niger qüvvələrilə birlikdə terrorçu qruplaşmaya qarşı əməliyyatlarda iştirak edir. Təkcə Nigeriyanın şimal-şərqində qaçmaqla canını qurtarmaq istəyən 150 insan həlak olub.
"Boko Haram” əsasən təhsilin Qərb modelinə qarşi çıxır və ölkədə şəriət dpvləti yaradılmasını istəyir. Ölkədə tötədilən teraktların əksəriyyətinin arxasında məhz bu qruplaşma durur.