"Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumatlar tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır”. Baki-xeber.com xəbər verir ki, bu barədə "AzeriDefence”nin sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. "Qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə "diversantlar” görsənir. Bizdə olan məlumata görə, öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”,- deyə Nazirlik bəyan edib.
Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri bu ölkənin Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun 20-25 nəfərlik diversiya qrupunun erməni mövqelərinə sızma cəhdini önlədiyinə dair informasiya yayıb. Məlumatda guya Azərbaycan Ordusunun itkilər verdiyi qeyd olunub.